Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli zədəsi və hazırkı durumu haqda danışıb.
Sportinfo.az xəbər verir ki, fərdi məşqlər edən 28 yaşlı hücumçu qol.az-a bərpa prosesinin qaydasında getdiyini bildirib:
"Bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş sağalıram. Komandaya tam olaraq nə vaxt qoşulacağım məlum deyil.
Lakin artıq məşqləri intensivləşdiririk. MRT müayinəsinin cavabları da yaxşı çıxıb.
Həkimlərlə, məşqçilərlə bu yöndə işimizi davam etdiirik. Onlar da ən az mənim qədər komandaya tez qoşulmağımı istəyirlər".
Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

