“Beşiktaş”ın kapitanının Azərbaycan millisində çıxış edən qardaşıyla bağlı NÖVBƏTİ XƏBƏR

8 Yanvar 13:20 Bizimkilər 611
“Beşiktaş”ın kapitanının Azərbaycan millisində çıxış edən qardaşıyla bağlı NÖVBƏTİ XƏBƏR

“Beşiktaş” Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün transferində israrını davam etdirir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa nəhəngi 27 yaşlı vinger üçün klubu “Volendam”la danışıqlara başlayıb.

Bildirilir ki, “Beşiktaş”ın kapitanı Orkun Kökçünün böyük qardaşı olan Ozanı istanbullular bir müddətdir izləyirlər.

“Ağ-qaralar”ın skautları onunla bağlı müsbət rəy verdikdən sonra rəhbərlik hərəkətə gəlib.

“Qara qartal”ın mövsümün sonunda onu azad agent kimi heyətə qatması da istisna edilmir. Çünki onun Niderland klubu ilə müqavilə müddəti yayda başa çatacaq.

Lakin “Beşiktaş”ı yaxından təqib edən yerli jurnalist Murat Özen hələlik rəsmi danışığın olmadığını yazıb.

O, futbolçunun atası Halis Kökçü ilə əlaqə saxlayıb. Halis Kökşü “Beşiktaş”ın bu istəyindən məlumatsız olduqlarını bildirib.

Ozan Can Kökçü 2022-ci ildən bəri Azərbaycan millisinin heyətində 14 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 18:10 Çək və bizə göndər!
8 Yanvar 07:30 Böyük bahalaşma QAPIDA