Azərbaycanlı qapıçının qızı Rusiya yığmasından kənarda qaldı

8 Yanvar 09:00 Bizimkilər 786
Azərbaycanlı qapıçının qızı Rusiya yığmasından kənarda qaldı

Bədii gimnast Lalə Kramarenko 2026-cı il üçün Rusiyan millisinin heyətinə daxil edilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

2025-ci ilin əvvəlində onun məşqçisi İrina Viner idmançının 2024-cü ildə uğursuz diz əməliyyatı keçidiyini iddia etsə də, bu, sonradan təkzib olunub.

L.Kramarenko ötən ilin noyabrında karyerasını bərpa edib.

Qeyd edək ki, Lalə Kramarenko Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

O, daha əvvəl Rusiya çempionatında qızıl medallar qazanıb. Bundan əlavə, gimnast yeniyetmələr arasında üçqat dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"