Azərbaycanlı hücumçu məxsus olduğu kluba qayıtdı

7 Yanvar 09:00 Bizimkilər 2 921
Azərbaycanlı hücumçu məxsus olduğu kluba qayıtdı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov qısa fasilədən sonra "Motor”a qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu yaxınlarda transferə çıxarılmış Dadaşov hələ də özünə komanda tapa bilmədiyi üçün Polşa təmsilçisinin heyətində məşqlərə start verib.

O, mövsümün ikinci yarısına hazırlıq məqsədilə "Motor” ilk məşqinə çıxıb.

Yanvarın 10-da Lublin klubu Türkiyəyə təlim-məşq toplanışına gedəcək və orada iki yoldaşlıq oyunu keçirəcək. Lakin Renatın bu təlim-məşq toplanışında iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM