“Müsəlman ölkəsidir, ona görə də çətinlik yoxdur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında azərbaycanlı hücumçu Orxan Əliyev deyib.
Sob 6 ayı “Ozqon”da keçirən 29 yaşlı forvard bildirib ki, Qırğızıstanda yaşamaq rahatdır:
Bu ölkədə meydana çıxdığı 9 matçda 7 qolla yadda qalan Əliyev çempionatın səviyyəsinin normal olduğunu söyləyib:
“Şəxsən hansısa problem görmədim. Gedən kimi uyğunlaşdım, vaxt itirmədim.
Başqa ölkəyə gedəndə əsas problem dil və qidalanma olur ki, Qırğızıstanda bu baxımdan problem yaşamırıq. Futbolun və çempionatın səviyyəsi get-gedə inkişaf edir.
Məsələn, ötən mövsüm elitada 14 komanda mübarizə aparırdı, gələn il 16 iştirakçı olacaq. Pillə-pillə irəliləyirlər”.

