Direktor Mahir Emreli haqda: "Hər şey yaxşı görünür, əlavə müayinələr aparacağıq"

6 Yanvar 08:20 Bizimkilər 227
Direktor Mahir Emreli haqda: "Hər şey yaxşı görünür, əlavə müayinələr aparacağıq"

"Kayzerslautern"in idman direktoru Marsel Klos komandanın oyunçularının zədələrdən sonra meydana qayıtması ilə bağlı danışıb.

Sportinfo.az "SWR" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi hücumçu İvan Prtaynın və Azərbaycan millisinin də üzvü olan Mahir Emrelinin durumuna şərh verib:

"Hər şey yaxşı görünür. Hər iki oyunçu üzərində əlavə müayinələr aparacağıq. Onlar yaxın iki-üç həftə ərzində yaşıl meydanlara qayıda biləcəklər".

Hər iki futbolçu dünən ilk fərdi məşqlərinə çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti