Mahir 1 dəqiqə şans almadı, Xorvatiya Superkubokunu qazandı

16 İyul 2023 01:20 Bizimkilər 1 128
Mahir 1 dəqiqə şans almadı, Xorvatiya Superkubokunu qazandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya Superkubokunda “Hayduk”la (Split) qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 52-ci dəqiqədə Martin Baturina vurub. Beləliklə, "Dinamo" Xorvatiya Superkubokunun qalibi olub.

Mahir Emreli ehtiyat oyunçular arasına yer alıb və meydana çıxmayıb.

"Dinamo" son Xorvatiya çempionu, "Hayduk" son Xorvatiya kubokunun qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!