Azərbaycan yığmasının hücumçusu bu səfərdən əliboş döndü - VİDEO

14 Yanvar 02:50 Bizimkilər 300
Azərbaycan yığmasının hücumçusu bu səfərdən əliboş döndü - VİDEO

Türkiyə birinci liqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”a uduzub - 0:1.

Dadaşov oyunun 72-ci dəqiqəsində meydana daxil olub, Nəzərli iştirak ərizəsinə daxil edilsə də, oynamayıb.“

Bu nəticədən sonra "Ankaragücü” 27 xalla 8-ci pillədə qərarlaşıb.

R.Dadaşov bu mövsüm klubu ilə bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə