COP29

Millimizin legioneri öncə qol vurdu, sonra qovuldu

11 Noyabr 02:10 Bizimkilər 291
Millimizin legioneri öncə qol vurdu, sonra qovuldu

Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda səfərdə “İnçhon Yunayted”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Anton bu görüşə start heyətdə meydana daxil olub. O, 15-ci dəqiqədə qol vurub. Oyunun 90+1 və 90+3-cü dəqiqələrində isə sarı vərəqələr alaraq meydanı tərk edib.

“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"İnçhon Yunayted" - "Daejeon" - 1:2

Qollar: Gerso, 45+1 - İşida, 6, Krivotsyuk, 15

Qırmızı vərəqə: Krivotsyuk, 90+3

Digər Xəbərlər
Xəbər Lenti