Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökcünün formasını geyindiyi "Helsinki" səfərdə Monteneqroda "Deçiç Tuzi" ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə "Helsinki" qalib gəldiyi üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab açıqmayıb.
Penaltilər seriyasında daha dəqiq olan Finlandiya təmsilçisi pley-offa yüksəlib.
Ozan Can da bu matçın iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb. O. 46-cı dəqiqədə əvəzlənib.

