"Musa Qurbanlıya ehtiyatda qalmasının səbəbini izah etmişik"

13 İyun 2024 22:40 Bizimkilər 1 353
"Musa Qurbanlıya ehtiyatda qalmasının səbəbini izah etmişik"

“Musa Qurbanlıya ehtiyatda qalmasının səbəbini izah etmişik.

Futbolçu bununla bağlı lazımi məlumatı alıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yurqorden”in (İsveç) baş məşqçisi Tomas Lagerlöf Musa Qurbanlının ehtiyatda qalması ilə bağlı yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, əsas və ya U-21 komandasında meydana çıxdığı hər oyun 22 yaşlı hücumçu üçün özünü sübut etmək baxımından bir şansdır:

“Yaxşı çıxış etsəniz, bu sizi uğura yaxınlaşdıracaq. Yenə deyirəm, biz bütün oyunçuların siyahıda olmasını istərdik, amma kimisə seçmək lazımdır.

Bu halda isə rəqabətli vəziyyət yaranır. Təbii ki, hər yaxşı nəticə onun əsas heyətdəki yerini daha da möhkəmlədir”.

Musa Qurbanlı “Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da