
“Həqiqətən də futbol üçün çox darıxmışdım”.
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin və “Dinamo”nun (Zaqreb) forvardı Mahir Emreliyə məxsusdur.
Aldığı zədə səbəbindən 5 ay yaşıl meydanlardan kənarda qalan hücumçu Albaniyaya qarşı yoxlama görüşündəki (1:3) oyununu belə dəyərləndirib:
"Oyunumun kənardan necə göründüyünü bilmirəm, amma “ac” idim. Həm topla, həm topsuz qaçırdım.
Ağır zədə almışdım. Bu oyunlar mənə növbəti mövsümdə çox kömək edəcək.
Çünki zədə və digər səbəblərdən 5 ay oynamadım. Yeni mövsümdə daha yaxşı formada olmaq istəyirəm".