Rəhbərlikdən Mahirin transferini istədi - Tanınmış klubun baş məşqçisi

9 İyun 2024 01:10 Bizimkilər 6 909
Rəhbərlikdən Mahirin transferini istədi - Tanınmış klubun baş məşqçisi

"Dinamo"nun (Buxarest) baş məşqçisi Jelko Kopiç millimizin üzvü Mahir Emrelini komandasında görmək istəyir.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ötən mövsüm turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan paytaxt klubunu qəbul edib və komandanı Liqa 1-də saxlaya bilib.

Bundan sonra isə Buxarest klubunun rəhbərliyi məşqçiyə yeni mövsüm üçün istədiyi transferləri həyata keçirməyə imkan yaradıb.

Kopiç isə ilk növbədə komandanın hücum xəttini gücləndirmək niyyətindədir. Buna görə də, rəhbərlikdən "Dinamo"nun (Zaqreb) forvardının transfer edilməsini istəyib.

Emreli “Dinamo”ya keçərkən komandanı Kopiç çalışdırırdı.

"Dinamo"(Buxarest) 18 qat Rumıniya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti