Mahirin ilk rəqibi - "İstra"

7 İyun 2024 09:00 Bizimkilər 908
Mahirin ilk rəqibi - "İstra"

Xorvatiya çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin fhücumusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"sunun ilk turdakı rəqibi də müəyyənləşib.

Komanda 1-ci turda "İstra"nı qəbul edəcək. Görüş avqustun 3-də keçiriləcək.

"Dinamo" 2-ci turda "Osiyek"in qonağı olacaq, 3-cü turda isə evdə "Şibenik" ilə üz-üzə gələcək.

Zaqreb təmsilçisi 2023/24 mövsümündə Xorvatiya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti