Azərbaycanlı forvard məxsus olduğu kluba qayıdır

31 May 2024 02:00 Bizimkilər 1 301
Azərbaycanlı forvard məxsus olduğu kluba qayıdır

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov 2023/2024 mövsümünü icarə əsasında keçirdiyi Türkiyənin "Hatayspor" klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu yay tətilindən sonra 2025-ci ilin yayına kimi müqaviləsi olduğu İsveçrənin “Qrasshopper” klubuna qayıdacaq.

Tərəflərin ilkin vəzifəsi İsveçrə klubuna növbəti mövsümdə Renata ehtiyacı olub-olmayacağını müəyyən etməkdir.

Məşqçilər korpusu onun xidmətindən imtina edərsə, o, icarəyə də yollanmaq üçün klub axtarışına çıxacaq. Millimizin hücumçusu özü “Qrasshopper”də qalmağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"