Millimizə namizəd oyunçu "qızıl istedadlar"ın ilk "beşliy"inə düşdü

28 May 2024 01:20 Bizimkilər 731
Millimizə namizəd oyunçu  "qızıl istedadlar"ın ilk "beşliy"inə düşdü

"Dnepr-1"in Ramik Hacıyev ən yaxşılar arasında özünə yer edə bilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın Azərbaycan milli komandasına cəlb etməyi planlaşdırdığı həmyerlimiz Ukraynada aprel ayında 2005-2007-ci il təvəllüdlü futbolçular arasında ən yaxşılar arasına adını yazdırıb.

Hacıyev "qızıl istedad" layihəsinə görə ilk "beşliy"ə daxil olub. AFFA həmyerlimizin U-21 yığmasına cəlb olunmasına çalışır.

Hacıyev bir müddət əvvəl sportal.az-a açıqlamasında bunları demişdi:

"Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır.

Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik".

Futbolçu həmin vaxtı Azərbaycan, yoxsa Ukrayna yığmasıa üstünlük verəcəyi ilə bağlı çox danışmaq istəməməsinə belə aydınlıq gətirmişdi:

"Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO