COP29

"Azərbaycan millisində oynadıqdan sonra mənə heç nə demədilər"

27 May 08:20 Bizimkilər 1 488
"Azərbaycan millisində oynadıqdan sonra mənə heç nə demədilər"

"Klubda məni millidəki debütümə görə təbrik etdilər.

Əlbəttə ki, səhvlərimi və yaxşı hərəkətlərimi göstərdilər.

Bəli, millidə oynadıqdan sonra legioner hesab edilirəm, amma klubla bu mövzu haqda danışmamışam.

Onlar da mənə heç nə deməyib. Demək ki, heç bir problem yoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Azərbaycan milllisinin və “Polesye”nin üzvü Emil Mustafayev deyib.

Millimizin futbolçusu yeni mövsümə hansı komandada başlayacağına qərar vermədiyini bildirib:

"İndi mövsümü başa vurub qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışmalıydıq. Avrokuboklara yollandığımız üçün şadam.

Daha sonra isə nələr olacağını görəcəyik. Azərbaycan çempionatı çox maraqlıdır və Ukrayna Premyer Liqasından fərqlənir.

Azərbaycanda daha çox hücum futboluna, Ukraynada isə güc futboluna üstünlük verirlər".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"