COP29

Mahir 2024-cü ildə ilk oyununa çıxdı, qol vura bilmədi

20 May 00:50 Bizimkilər 449
Mahir 2024-cü ildə ilk oyununa çıxdı, qol vura bilmədi

Xorvatiya liqasında 35-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan (9-cu yer) “Slaven”lə qarşılaşıb.

Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb. “Dinamo”nun qollarını Brodiç (48), Kulenoviç (52) və Vrbançiç (90+5) vurublar. Beləliklə, zaqreblilər xalını 81-ə yüksəldiblər.

M.Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub.

Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.

Emreli bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 5 qol vurub, 5 qolun isə ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"