Vüsalın komandası Superliqaya vəsiqədən gözünü çəkdi - VİDEO

17 May 2024 08:20 Bizimkilər 1 565
Vüsalın komandası Superliqaya vəsiqədən gözünü çəkdi - VİDEO

Azərbaycan millisinin vingeri Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə Superliqasına yüksəlmək şansını itirib.

Sportinfo.az xəbər verir ki, Vüsalın komandası "Bodrumspor"un qonağı olub.

Görüş 2:0 hesabı ilə bodrumluların qələbəsi ilə başa çatıb.

Belədə, "Boluspor" Superliqaya vəsiqə uğrunda mübarizədən kənar qalıb.

Meydana start heyətində daxil olan Vüsal İsgəndərli 71-ci dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"