Millimizin hücumçusu və İkardi Türkiyədə ilk "5-liy"ə düşdü

14 May 2024 13:40 Bizimkilər 1 088
Millimizin hücumçusu və İkardi Türkiyədə ilk "5-liy"ə düşdü

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov 2023/2024 mövsümündə Türkiyə Superliqasında yaxaladığı fürsətləri daha çox dəyərləndirən hücumçuların sırasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "DataMB Türkiye" araşdırma aparıb.

24 yaşlı forvard 22,727 % göstərici ilə beşinci pillədə qərarlaşıb. Dadaşov "Adana Dəmirspor"da çıxış edən MBaye Nyanq (29,630 %), "Qalatasaray"dan Mauro İkardi (23,596 %), "Pendikspor"dan Mam Tiam, "Kasımpaşa"dan Nuno da Koştadan ( hər ikisi 23,077 %) geri qalır.

Hatay təmsilçisi Superliqada 37 xalla 18-ci pillədə qərarlaşıb. Dadaşov ötən il İsveçrə təmsilçisi "Qrasshopper"dən "Hatayspor"a icarəyə verilib. O, cari mövsüm çempionatda 6 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO