Cəlal sonadək oynadı, "Arda" qələbə qazandı

13 May 2024 08:50 Bizimkilər 723
Cəlal sonadək oynadı, "Arda" qələbə qazandı

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” Bolqarıstan çempionatının 33-cü turunda "Botev"lə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüşdə "Arda" 2:1 hesabı ilə qalib gəlib.

Cəlal da bu matçda iştirak edib. 21 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 44 xalla 9-cudur.

"Arda" - "Botev" 2:1

Qollar: Tyutyukov, 64, Tamm, 85-avtoqol - Emmanuel, 32

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"