Mahir Emrelini Xorvatiyada çempion etdilər – VİDEO+FOTO

13 May 2024 09:20 Bizimkilər 1 035
Mahir Emrelini Xorvatiyada çempion etdilər – VİDEO+FOTO

Xorvatiyada 2023/24 mövsümünün çempionu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan millisinin vingeri Mahir Emrelinin formasını geyindiyi "Dinamo" olub.

Zaqreb təmsilçisi 34-cü turda "Osiyek"ə qalib gələrək xallarının sayını 78-ə çatdırıb. Komanda sonra 2 tur qalmış 2-ci yerdəki "Riyeka"nı 7 xal qabaqlayıb.

Mahir Xorvatiya çempionu oldu

Bununla da "Dinamo" çempionluğu rəsmiləşdirib. Mahir Emreli "Osiyek"lə matçda sona kimi ehtiyatda qalıb.

Mahir 2022-ci ilin fevral ayından "Dinamo"nun futbolçusudur. O, bu ilin yanvarında ciddi zədə alıb və həmin vaxtdan meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"