Ramilin komandası mövsümün son oyununda uduzdu, pley-offda qaldı - VİDEO

12 May 2024 00:40 Bizimkilər 783
Ramilin komandası mövsümün son oyununda uduzdu, pley-offda qaldı - VİDEO

Türkiyə 1-ci Liqasında mövsümün sonuncu - 34-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Sakaryaspor"u qəbul edib.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 60-cı dəqiqədə meydana daxil olub.

34 turdan sonra 55 xal toplayan "Kocaelispor" mövsümü 6-cı pillədə başa vurub. İzmit təmsilçisi Super Liqaya yüksəlmək üçün pley-off matçlarında iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti