Cənubi Azərbaycan klubu 1 milyard cərimələndi, oyunçusu töhmət aldı

11 May 2024 17:20 Bizimkilər 736
Cənubi Azərbaycan klubu 1 milyard cərimələndi, oyunçusu töhmət aldı

İran Futbol Federasiyasının İntizam Komitəsi “Traktor”u bir milyard rial cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna klubun “Sepahan”la keçirilən görüşdən öncə azarkeşlərə pulsuz bilet paylaması səbəb olub.

Məlumata görə, “Traktor” ümumi davranış prinsiplərini pozduğuna (oyun qaydalarının pozulması), biletləri pulsuz elan etdiyinə və Təbrizin “Səhənd” stadionunun tutumundan artıq tamaşaçı qəbul etdiyinə görə cərimələnib.

“Traktor”un kapitanı Şüca Xəlilzadəyə də bu oyunda idmana yaraşmayan hərəkətlərə yol verdiyinə görə yazılı töhmət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO