Qurban Qurbanovun oğluna transfer qiyməti qoydular - 1,4-1,5 milyon

10 May 2024 13:20 Bizimkilər 669
Qurban Qurbanovun oğluna transfer qiyməti qoydular - 1,4-1,5 milyon

“Yurqorden” Musa Qurbanlı ilə yollarını ayırmağı planlaşdırır.

Sportinfofo.az xəbər verir ki, İsveç klubu azərbaycanlı hücumçu üçün təxminən 9-10 milyon kron (1,4-1,5 milyon manat) tələb edir.

Bu barədə "fotbolldirekt.se" məlumat yayıb.

Klub Musanı sata bilməsə, icarəyə verəcək.

Yazıda qeyd olunur ki, Azərbaycan millisinin üzvünün transferində "Qarabağ" maraqlıdır.

Ötən yay "Yurqorden"ə transfer olunan Qurbanlı bu mövsüm İsveç təmsilçisində 7 oyunda 1 qolla yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO