YENİ GÜZƏŞT - Müharibə veteranlarına şad xəbər!

8 May 2024 20:30 Bizimkilər 1 062
YENİ GÜZƏŞT - Müharibə veteranlarına şad xəbər!

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təklif edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO