COP29

“Dinamo” bu yay Mahir Emrelini icarəyə vermək istəmir

7 May 00:40 Bizimkilər 572
“Dinamo” bu yay Mahir Emrelini icarəyə vermək istəmir

Mahir Emreli yay "transfer pəncərəsi"ndə Zaqreb “Dinamo”sundan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı forvard baş məşqçi Sergey Yakiroviçin gələn mövsümlə bağlı planlarında yer almayıb.

Ön xətdəki rəqabətdə geri qalan Mahirin gələn mövsüm də “Dinamo”nun formasını geyinməsi gözlənilmir.

Yeganə problem formadan çox uzaq olan millimizin üzvünə təklifin olmamasıdır. Zaqreblilər isə yayda onu icarəyə vermək yox, birdəfəlik satmaq planlarını qururlar.

Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq