Musa Qurbanlı İsveçdə daha bir həftəni boş keçirdi

6 May 2024 02:00 Bizimkilər 742
Musa Qurbanlı İsveçdə daha bir həftəni boş keçirdi

İsveç çempionatında 7-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” səfərdə “Vesteros"la qarşılaşıb.

Matçda "Yurqorden" 2:0 hesablı qələbə qazanıb.

Musa bu oyunda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

“Yurqorden” hazırda çempionatın turnir cədvəlində 13 xalla 2-cidir.

"Vesteros" - "Yurqorden" 0:2

Qollar: Holm, 31, Fallenius, 54

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO