Millimizin yeni oyunçusu qələbədə pay sahibi oldu - Xaricdən VİDEO

1 May 2024 11:20 Bizimkilər 993
Millimizin yeni oyunçusu qələbədə pay sahibi oldu - Xaricdən VİDEO

Ukraynada Premyer Liqanın 26-cı tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Mustafayevin formasını geyindiyi “Polesye” “Vorskla”nı qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mustafayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

O, 80-ci dəqiqədə komandasının qalibiyyət qolunun ötürməsini verib.

"Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

E.Mustafayev bu mövsüm "Polesye"nin heyətində 18 oyunda meydana çıxıb (bütün turnirlərdə). O, bu oyunlarda 2 qol vurub, 4 qolun isə ötürməsinin müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO