Dərdini bilməyən Musa: "Heç nə deməsələr, soruşmuram, bu, onların öz qərarıdır"

1 May 2024 00:30 Bizimkilər 612
Dərdini bilməyən Musa: "Heç nə deməsələr, soruşmuram, bu, onların öz qərarıdır"

"Yurqorden"də çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Fotboll Sthlm” portalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, məşqçilərlə münasibətinin yaxşı olduğunu deyib:

"Heç nə deməsələr, soruşmuram. Bu, onların öz qərarıdır və heç nə izah etməyə borclu deyillər.

Məşqçilər nəsə təklif etsələr, bu, bir futbolçu kimi mənim üçün daha yaxşıdır, amma etməsələr, bu da normaldır.

Vəziyyətimlə bağlı klubda başqa kiminlə danışmışam? İdman direktoru başda olmaqla, hamı ilə. Hamı mənə dəstəkdir".

M.Qurbanlı “Yurqorden”dəki gələcəyi bağlı növbəti açıqlama verib:

"İndi heç nə deyə bilmərəm. Çünki qarşıda hələ çox oyun var.

Amma təbii ki, yayda rəhbərliklə bu barədə danışacağıq. İndi müzakirə etsək belə, heç nəyə nail ola bilməyəcəyik, çünki transfer pəncərəsi bağlıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO