“Musa hazırda çətin vəziyyətdədir, depressiyaya düşüb” - “Yurqorden”in baş məşqçisi

26 Aprel 2024 20:20 Bizimkilər 1 323
“Musa hazırda çətin vəziyyətdədir, depressiyaya düşüb” - “Yurqorden”in baş məşqçisi

“Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf komandasının azərbaycanlı hücumçusu Musa Qurbanlının oyunlarda meydana çıxmamasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı forvardın hazırda çətin durumda olduğunu bildirib.

Musa İsveç çempionatının 2024 mövsümündə cəmi 1 oyunda iştirak edib. O, millimizin forvardının ardıcıl olaraq 2 oyundan kənarda qalmasının acınacaqlı olduğunu etiraf edib:

“Ardıcıl iki oyundur komandadan kənarda qalmaq acınacaqlı vəziyyətdir. Yalnız 20 oyunçunu heyətə salmağın pis tərəfi budur.

Ehtiyat oyunçular skamyasında üç hücumçumuz, üstəlik, bir neçə hücumameyilli yarımmüdafiəçimiz var. Kənarda qalmaq hər kəs üçün çətindir.

Hazırda Musanın bir az depressiyaya düşdüyü hiss olunur. Oyun təqviminin sıx olması kənarda qalanlar üçün mənfi haldır.

Bir həftə tam məşq edəndə fərqi hiss edirsən. Qurbanlının bu durumdan çıxacağına əminəm.

Çətin vəziyyətdə olduğunu başa düşürəm. Bunda hamımız onunla birlikdə əziyyət çəkirik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!