“Oğluma Ali Baş Komandanın adını verəcəyik” - FOTOLAR

25 Aprel 2024 18:50 Bizimkilər 663
“Oğluma Ali Baş Komandanın adını verəcəyik” - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.

Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub.

Körpənin atası "qafqainfo"ya açıqlamasında bildirib ki, onların oğlan övladı olub:

“Atam, anam tarixi Azərbaycan torpağı olan Borçalı mahalında anadan olub. Özüm Bakı şəhərində dünyaya gəlmişəm. Amma qismət elə oldu ki, övladım bu torpaqlarda dünyaya göz açdı. 2022-ci ilin dekabr ayında ailə qurmuşuq. Bu gün oğlumuz dünyaya gəldi. Çox sevincliyik. Həkim əməliyyatla olmasını məsləhət görmüşdü. Çox şükür ki, proses heç bir problemsiz həyata keçdi”.

A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:

“Adı bizə bu günləri yaşadan Ali Baş Komandanın adı ilə bağlıdır. Övladımın adı İlham olacaq”.

Onun sözlərinə görə, ötən ilin oktyabr ayında işlə bağlı Xankəndiyə gəlib:

““Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyirəm. Burada elə həm də iş yoldaşım olan həyat yoldaşımla birlikdə yaşayıram. Bu torpaqlarda igid-igid oğullarımızı itirmişik. Bu gün isə bir əsgər də artdı. Övladımın burada doğulması ilə bağlı arzu, istək, dilək sadəcə bu idi”.





Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!