"Fənərbağça"nın ftubolçusu Şahruddinə necə problem yaradıb?

7 Aprel 2024 02:00 Bizimkilər 1 569
"Fənərbağça"nın ftubolçusu Şahruddinə necə problem yaradıb?

"Adana Dəmirspor"un və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasının XXXI turu çərçivəsində səfərdə "Fənərbağça"ya qarşı keçirdikləri oyun zamanı aldığı zədəyə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında start heyətində meydana çıxan, lakin qarşılaşmanın fasiləsində əvəzlənən 29 yaşlı qolkiper bildirib:

"Matçın gedişində rəqib futbolçu dizi ilə ayağıma zərbə endirdi. Birinci hissənin sonuna qədər ayağım şişdi və hərəkət edə bilmədim.

Sadə ağrılar olsaydı, davam edə bilərdim. Amma tərpənmək mümkün deyildi".

Ş.Məhəmmədəliyev 5-6 günə yaşıl meydanlara qayıda biləcəyini söyləyib:

"Tez bir zamanda hər şey yoluna düşəcək. İnşallah, sağalaraq komanda ilə birgə məşqlərə başlamaq istəyirəm".

"Fənərbağça" - "Adana Dəmirspor" oyunu İstanbul klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!