Azərbaycanlı funksioner icraçı direktoru təyin olundu

4 Aprel 2024 03:00 Bizimkilər 880
Azərbaycanlı funksioner icraçı direktoru təyin olundu

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu təyinat IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.

IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır.

Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!