Millimizin forvardı "Qalatasaray"a qol vura bilmədi - VİDEO

3 Aprel 2024 02:00 Bizimkilər 7 621
Millimizin forvardı "Qalatasaray"a qol vura bilmədi - VİDEO

Türkiyə Superliqasında 31-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Qalatasaray"la qarşılaşıb.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə meydana daxil olub.

"Hatayspor" Superliqanın turnir cədvəlində 33 xalla (31 oyun) 15-cidir.

"Qalatasaray" isə 84 xalla (31 oyun) 1-ci yerdədir. "Fənərbaxça" 79 xalla (30 oyun) 2-ci, "Trabzonspor" 49 xalla (30 oyun) 3-cü pillədə qərarlaşıb.

"Qalatasaray" - "Hatayspor" 1:0
Qol:
İkardi, 12

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!