COP29

Mahir Emreli ilə bağlı açıqlanan bu xəbər hamını təəccübləndirdi

3 Aprel 00:50 Bizimkilər 3 185
Mahir Emreli ilə bağlı açıqlanan bu xəbər hamını təəccübləndirdi

"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiyada ən yaxşı göstəricilərə malik hücumçudur.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin 26 yaşlı hücumçusu zədə səbəbindən mövsümün böyük hissəsini buraxsa belə, Xorvatiya çempionatında çıxış edən 21 hücumçunu aşağıdakı statistik göstəricilərə görə qabaqlayıb:

- reallaşdırma - 25%
- rəqibin qapısı qarşısında başla oynamaq - 50%
- ötürmələrin dəqiqliyi – 86%
- oyunlarda itirilmiş topların orta sayı – 0,76%
- uğurlu driblinq – 60,5%
- topu rəqibin yarısında saxlamaq – 86,8%

Bu mövsüm Emreli 12 matçda (544 dəqiqə) 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"