“Qardaşımın başına mismar vurub, əhəng quyusuna atıblar” - VİDEO

1 Aprel 2024 16:10 Bizimkilər 688
“Qardaşımın başına mismar vurub, əhəng quyusuna atıblar” - VİDEO

“Bu gün dəfn olunan qardaşım Əlini və onun qayını Şiraslanı ermənilər xüsusi işgəncə verərək öldürüblər”.

Bunu “qafqazinfo”ya açıqlamasında Xocalı soyqırımı zamanı öldürülən Əli Cavadovun qardaşı İmran Mehdiyev deyib.

Şəhid qardaşının dediyinə görə, Əli Cavadov və qayını Şiraslan Nəcəfovun qalıqlarının ekspertizası zamanı onlara dəhşətli işgəncələr verildiyi müəyyən edilib:

“Əli və Şiraslan özünümüdafiə batalyonun üzvləri idi. Əsir götürüldükləri gün də xidmətdə olublar. Hər ikisinin başına mismar vurublar, ayaqlarını qırıblar. Öldükdən sonra da nəşlərini əhəng quyusuna atıblar”.

Əli Cavadov, Şiraslan Nəcəfov və daha beş nəfərin qalıqları biraz əvvəl Xocalı şəhərində torpağa tapşırılıb.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO