COP29

"Burada hər şey xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm"

1 Aprel 01:50 Bizimkilər 232
"Burada hər şey xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm"

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyənin “Boluspor” klubundakı çıxışından və məqsədlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, “Bolu Olay”a açıqlama verən yarımmüdafiəçi bunları deyib:

"Burada hər şey xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm. “Boluspor” “Eqnatiya” (Albaniya) ilə müqayisədə, fərqli sistemdə oynayır.

Əminəm ki, zaman keçdikcə daha çox qol vurub, daha çox məhsuldar ötürmə verəcəm. Əsas məqsədimiz Super Liqaya vəsiqə qazanmaqdır.

Hamımız bunu istəyirik. Amma bunun üçün pley-offda uğur qazanmalıyıq. Bu məqsədə çatmaq üçün çox çalışmaq və təkmilləşmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti