Azərbaycanlı müdafiəçi Polşaya getməsinə peşman olmadı ki? - VİDEO

31 Mart 2024 09:00 Bizimkilər 883
Azərbaycanlı müdafiəçi Polşaya getməsinə peşman olmadı ki? - VİDEO

Polşa çempionatında 26-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" səfərdə lider "Yaqelloniya"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

26 turdan sonra 17 xal toplayan "LKS Lodz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!