"Etiraz etmədim, çünki o, bizim yoldaşımızdır, dostumuzdur, qardaşımızdır"

11 Aprel 09:20 Bizimkilər 1 400
"Etiraz etmədim, çünki o, bizim yoldaşımızdır, dostumuzdur, qardaşımızdır"

"Polesye"nin (Ukrayn) azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev Premyer Liqanın 23-cü turunda “Minay” üzərində qazandıqları qələbəni (3:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, bu görüşdə qolla yadda qalan Azərbaycan millisinin üzvü klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Allaha şükür edirəm ki, çoxdan gözlənilən bu cür qələbə qazandıq. Meydanda çox səy göstərdik və hesab edirəm ki, qələbəyə layiq idik.

Vurduğum qola gəlincə, Talles təklif etdi ki, qolu bu cür qeyd edək. Təbii ki, soruşanda etiraz etmədim, çünki o, bizim yoldaşımızdır, dostumuzdur, qardaşımızdır.

Filip Budkovskinin davam edə bilməyəcəyi bəlli olanda məşqçi 4-4-1 sxeminə keçməyimizi dedi. Doğrudan da, on nəfər oynamaq çətin oldu, amma bacardıq".

"Polesye" 23 tura 36 xal qazanaraq 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU