Azərbaycandan orada kim var?

5 Aprel 2024 03:40 Bizimkilər 966
Azərbaycandan orada kim var?

Sinqapurda FIFA tərəfindən 211 federasiyanın iştirakı ilə keçirilən "Integrity Summit”i keçirilir.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 5-də başa çatacaq toplantıda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli iştirak edir.

Sammitin məqsədi oyunların toxunulmazlığı üzrə məsul şəxslərə qlobal toxunulmazlıq tendensiyaları haqqında yeni məlumatlar vermək, ən yaxşı təcrübələri bölüşməkdir.

Bundan əlavə, tədbirdə FIFA-nın yeni toxunulmazlıq təlimatı və təlim xəritəsi təqdim olunacaq, həmçinin FIFA İntizam Məcəlləsinə edilmiş düzəlişlər müzakirə ediləcək, danışılmış oyunlarla əlaqəli FIFA və İdman Arbitraj Məhkəməsinin müvafiq qərarları tədqiq olunacaq.

Danışılmış oyunlarla mübarizəyə cəlb olunan FIFA, CAS və digər peşəkarların əsas məruzəçiləri məlumat mübadiləsinin möhkəmləndirilməsinə töhfə verəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!