"Xoşuma gələn təklif olsa, dəyərləndirəcəyəm. Əks təqdirdə, "Dinamo"da qalacam".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Dinamo"nun (Zaqreb) və Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
Hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışında iştirak edən 26 yaşlı hücumçu gələcək karyerası ilə bağlı danışıb:
"Açığı, hazırda yeni klub barədə heç nə düşünmürəm. Çünki bütün diqqətimi yığmanın toplanışına yönəltmişəm.
Millinin yoldaşlıq görüşlərindən sonra gələn təkliflərə baxacağam".
"Dinamo" 82 xalla 2023/2024 mövsümünü 1-ci pillədə başa vurub.

