Azərbaycanlı futbolçunun yeni klubunda debütü uğurlu alındı - Türkiyədən VİDEO

15 Yanvar 2024 01:00 Bizimkilər 756
Azərbaycanlı futbolçunun yeni klubunda debütü uğurlu alındı - Türkiyədən VİDEO

Türkiyə I Liqasında 18-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" doğma meydanda doğma meydanda "Kocaelispor"u qəbul edib.

Qarşılaşma Manisa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 26 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

18 turdan sonra 22 xal toplayan "Manisa" 18 komanda arasında turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Sərtan Taşkın iki gün əvvəl "Manisa" ilə 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda