Türkiyədə çıxış edən azərbaycanlı oyunçu qol pası verdi, qurtuldular - VİDEO

15 Yanvar 2024 00:40 Bizimkilər 578
Türkiyədə çıxış edən azərbaycanlı oyunçu qol pası verdi, qurtuldular - VİDEO

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ürmaniyespor" "Genclerbirliyi" ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Coşqun Diniyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.

"Ürmaniyespor" bu nəticədən sonra 23 xalla 9-cu, "Genclerbirliyi" 28 xalla 8-ci pillədə qərarlaşıb.

"Ürmaniyespor" - "Genclerbirliyi" 1:1

Qollar: Amilton, 32 (0:1), Eser, 79 (1:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti