Rusiyada "Bizim Legion" futbol ensiklopediyasının ikinci bölümü nəşr edilib.
Sportinfo.az xəbər verir ki, bu hissədə İqor Ponomaryov, Arif Əsədov, Vladislav Qədirov, Tərlan Əhmədov, Vladislav Lemiş, Ruslan Lukin kimi Azərbaycan futbolunun yetirmələri haqda məlumatlar yer alıb.
"Rodina" nəşriyyatında çap edilmiş kitabda futbolumuzun canlı əfsanəsi Boris Xetaqurov, sports.az saytının təsisçisi və baş redaktoru Anar Şəban oğlu Səid (Anar Şabanoğlu), tanınmış idman jurnalisti Araz Əhmədovdan da bəhs edilib.
Qeyd edək ki, ensiklopediyanın ilk bölümündə Vəli Qasımov, Nazim Süleymanov və futbolumuzun başqa ünlü yetirmələrinə yer verilib.
"Bizim Legion" Futbol Ensiklopediyasının hər iki cildini Rusiyanın "Labirint" internet-mağazasından aşağıdakı linkdən almaq mümkündür:
//www.labirint.ru/books/985506/
Kitabın müəllifi görkəmli futbol tarixçisi və bioqrafı Viktor Yeryomin-Xoxlyukdu.

