"Başa düşmürəm, orada qollar vuranda, deyirdilər liqa zəifdir, indi də..."

14 Yanvar 2024 23:20 Bizimkilər 797
"Başa düşmürəm, orada qollar vuranda, deyirdilər liqa zəifdir, indi də..."

Qış fasiləsində klubun dəyişən futbolçulardan biri də Vüsal İsgəndərli oldu.

Milli komandamızın sabiq vingeri Albaniya çempionatının lideri "Egnetia"nı Türkiyə Birinci Liqasının orta sıralarında qərarlaşan "Boluspor"a dəyişdi.

Əksəriyyət İsgəndərlinin bu qərarını geriyə addım kimi dəyərləndirdi.

Ki, yüksək liqanın lideri hara, ikinci liqanın ortabab klubu hara!

Amma həmyerlimiz ona yönələn bu iradla razılaşmır.

Mövzu ətrafında Sportinfo.az-a açıqlamasında 26 yaşlı legionerimiz bunları deyib:

"Əsla. Yazılanları oxuyuram. Bəzi insanların geriyə addım saydığını görürəm.

Mənə görə elə deyil. Özümə çox inanıram ki, buradan Super Liqaya yüksələ biləcəm.

Digər tərəfdən, bu liqada daha əvvəl də oynamışam. Zəif liqa deyil.

Başa düşmədiyim başqa şeydir (gülür). Albaniyada qollar vuranda deyirdilər ki, zəif liqadır.

İndi da bura gələndə belə fikirlər eşidirəm. Amma ümumilikdə bütün azarkeşlərə təşəkkür edirəm.

Çox böyük dəstəklərini hiss edirəm. Çoxlu sayda təbriklər, xoş sözlər aldım.

Bu, məni çox həvəsləndirir. İnşallah, mən də daha çox qollar vurub, daha çox sevindirəcəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti