Şahruddin Rizədə qol buraxdı, "Adana Demirspor" yenildi - Super Liqadan VİDEO

14 Yanvar 2024 00:50 Bizimkilər 764
Şahruddin Rizədə qol buraxdı, "Adana Demirspor" yenildi - Super Liqadan VİDEO

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 20-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə "Rizespor"la qarşılaşıb.

Matçda meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.

"Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla 6-cı, "Rizespor" isə 32 xalla 5-ci pillədə qərarlaşıb. Siyahıya 50 xalla "Fənərbaxça" başçılıq edir.

"Rizespor" - "Adana Demirspor" 1:0
Qollar:
Moksi, 54

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti