Sərtan manisalılara bu cür təqdim edildi: “Bacarığına güvənirik”

13 Yanvar 2024 20:40 Bizimkilər 615
Sərtan manisalılara bu cür təqdim edildi: “Bacarığına güvənirik”

Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.

Mövsümə “Turan Tovuz”da başlayan 26 yaşlı müdafiəçi “Manisa FK” ilə müqavilə bağlayıb.

O, qarşıdakı ilyarımda Manisa təmsilçisinin uğurları üçün tər tökəcək.

Klubun futbol şöbəsinin müdiri Erdem Özkan məlum transferlə bağlı klub saytına açıqlama verib:

“Sərtan Taşkın Azərbaycan Premyer Liqasında diqqət çəkən oyunçularındandır. Azərbaycan milli komandasının da formasını tərlədib.

Bacarığına güvənirik. Burada özünü inkişaf etdirərək yaxşı yerlərə gələcək. Hamı klubumuza, həm də özünə xeyirli olmasını arzulayıram”.

Türkiyənin Birinci Liqasında mübarizə aparan “ağ-qaralar” 17 turdan sonra topladığı 19 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda