"Əvvəlki klubum məni transfer etmək istəyirdi"

13 Yanvar 2024 20:20 Bizimkilər 1 139
"Əvvəlki klubum məni transfer etmək istəyirdi"

Azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərli "Boluspor"a keçməmişdən əvvəl aldığı təklifdən və yeni komandasının baş məşqçisinə verdiyi vəddən danışıb.

Sportinfo.az xəbər verir ki, Türkiyənin “Köroğlu Gazetesi”nə danışan İsgəndərli fərqli klublardan ona maraq olmasını etiraf edib:

“Müxtəlif ölkələrdən təkliflər almışdım. Əvvəlki klubum, Türkiyədə daha əvvəl oynadığım “Keçiörengücü” də məni transfer etmək istəyirdi.

Amma dedim ki, artıq “Boluspor”a söz vermişəm və məsələ bağlandı. Mövsümün ilk yarısında “Boluspor”da olmasam da, bir çox matçlarını izləmək imkanım var idi.

Keçən il hər şeyin necə olduğunu dəqiq bilmirəm, amma indiki dövrdə məşqlərimiz çox yaxşı gedir, bütün futbolçular böyük istək, arzu ilə çalışır. Çünki ambisiyamız var.

Gəlməmişdən əvvəl baş məşqçimiz Yalçın Koşukavak haqqında çox eşitmişdim. Onun futbolçulara ata kimi yanaşması xoşdur.

Onunla söhbət etdim və söz verdim ki, daha da yaxşı olmağa çalışacam. Hər şeyin necə olacağını görəcəyik, amma əlimdən gələni edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda