Ərdoğan Qarabağın azad edilməsindən danışdı: "Tam sadiqik"

13 Yanvar 2024 18:30 Bizimkilər 680
Ərdoğan Qarabağın azad edilməsindən danışdı:

“Türkiyə öz müstəqil siyasətinə sadiqdir. Bunun təzahürlərindən biri də Qarabağın 30 illik işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək olmasıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Türkiyə başqa ölkələr üçün hərəkət etmir. Xarici və daxili siyasətimizdə Türkiyənin və türk xalqının maraqlarına tam sadiqik”, - deyə o bildirib.

O qeyd edib ki, Şimali İraq və Suriyada antiterror əməliyyatları, eləcə də “Qarabağın 30 ilə yaxın işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək” bu siyasətin təzahürlərindəndir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda